“Liatris Holdinq”in rəhbəri, iş xanımı Ruhiyyə Əliyeva sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, süni intellekt vasitəsilə uşaqlıq və hazırkı görüntüsünü yan-yana gətirən iş xanımı fotoya bu şərhi yazıb:
“Zamanı bir anlıq dayandırdım və ruhumun ən təmiz halına sığındım...
Özümə, uşaqlığıma sarıldım bu gün. Aradan keçən illərin yorgunluğunu o məsum təbəssümdə unutdum. Çünki nə qədər böyüsəm də, içimdəki o balaca qızın əlindən tutmağa hələ də ehtiyacım var”.