Müğənni Zamiq Hüseynov yeni biznes qurması ilə bağlı məlumatı yalanlayıb.

Sənətçi bu barədə OLAY-a açıqlamasında deyib. Zamiq qeyd edib ki, yanlış anlaşılma olub:

“Uşaq mağazası mənim deyildi. Dostumuzundur. Natavan səhvən paylaşıb. Sonra bunu danışdıq, aydınlıq gətirdik”.

Qeyd edək ki, Z.Hüseynovun uşaq mağazası açması ilə bağlı həmkarı Natavan Həbibi İnstaqram paylaşımında məlumat vermişdi.

“Natavan səhvən paylaşıb” “Natavan səhvən paylaşıb”