Dünyaca məşhur aktyor Corc Kluni 14 dostuna həyatlarını dəyişdirəcək bir hədiyyə verib.
OLAY yazır ki, 2013-cü ildə onları evinə dəvət edən aktyor, masadakı hər oturacağın yanına bir çamadan qoyub və içərisinə vergisi ödənmiş şəkildə hər birinə 1 milyon dollar yerləşdirib. Bu pulun böyük hissəsi, “Gravity” filmindən qazandığı və 100 milyon dolları keçdiyi deyilən gəlirdən gəlib.
Kluni bu hədiyyəni iş ortaqlarına və ya Hollivud çevrəsindən olanlara yox, karyerasına başlamazdan əvvəl — maddi çətinliklər çəkdiyi, divanlarda yatdığı dönəmlərdə ona dəstək olan əsl dostlarına verib.
Daha sonra o, sədaqəti mükafatlandırmayan uğurun natamam olduğunu və pulun yalnız paylaşanda mənalı olduğunu bildirib.