Oktay Kaynarca və Emel Müftüoğlunun da aralarında olduğu 6 məşhur narkotik istintaqı çərçivəsində saxlanılıb.

OLAY yazır ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən məşhurlarla bağlı  aparılan narkotik araşdırması çərçivəsində 6 nəfərin saxlanılması barədə qərar verilib.

Qərardan sonra aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu ilə yanaşı Neda Şahin, Ali Sert, Rabi Karataş və Selen Çetinkaya da saxlanılanlar arasında olub. Baş Prokurorluğun açıqlamasında bildirilir:

“İstanbul Cumhuriyyət Baş Prokurorluğu Kaçakçılıq, Narkotik və İqtisadi Cinayətlər İstintaq Bürosu tərəfindən aparılan məşhurlara yönəlik narkotik istintaqı çərçivəsində, Oktay Kaynarca, Emel Müftüoğlu, Neda Şahin, Ali Sert, Rabi Karataş və Selen Çetinkaya barəsində ‘Narkotik və ya psixotrop maddə istifadə etmək məqsədilə saxlamaq’, ‘Narkotik istifadəsini asanlaşdırmaq’, ‘Kimsəni fahişəliyə təşviq etmək, bu işdə vasitəçilik və ya yer təmin etmək’, ‘Qumar oynanması üçün yer və imkan yaratmaq’ kimi bir və ya bir neçə maddə üzrə şübhələr səbəbilə saxlanılma tədbiri görülmüşdür. İstintaq diqqətlə davam etdirilir.”