Jurnalist Fulya Öztürklə müğənni Hadise arasında qalmaqal yaşanıb.
OLAY yazır ki, sənətçi İranda baş verən etirazlara diqqət çəkərək “Səssiz qalma” başlığı ilə paylaşım edib.
Müğənni, “İranda insanlar yalnızca eşidilmək üçün həyatlarını riskə atırlar” deyib.
Jurnalist Fulya Öztürk isə Hadiseyə cavab verib:
“Kaş ki, Qəzza üçün də “səssiz qala bilmərəm” desəydiniz. Hadise xanım, bir az Orta Şərqdə nə edilməyə çalışıldığını anlamanızı, xəbərlərə baxmağınızı və araşdırma aparmağınızı tövsiyə edirəm”.
Bundan sonra istifadəçilər Hadisenin daha öncə Qəzza üçün paylaşdığı tviti yada salıb.