Günlərdir “Şahane bir şey yaşamak” mahnısına görə tənqid olunan Sezen Aksuya Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da reaksiya verib. 

OLAY yazır ki, Ərdoğan ad çəkmədən müğənni haqda sərt sözlər səsləndirib. O bildirib ki, Adəm peyğəmbərə kimsə dil uzada bilməz:

“O uzanan dilləri yeri gələndə qopartmaq bizim vəzifəmizdir”. 

Qeyd edək ki, Sezen sözügedən mahnıdakı “Salam söyləyin o cahil Adəm və Həvvaya” sözlərinə görə tənqid olunur.