Azərbaycan Avroviziyada iştirak üçün Coni ləqəbli məşhur müğənni Cahid Hüseynliyə təklif irəli sürüb.

OLAY yazır ki, bu barədə “Atlantic Records Russia”nın rəhbəri Bahh Tee (Bəxtiyar Əliyev) məlumat verib.  O, “Стрелец-Молодец” yutub layihəsinə qonaq olarkən həmkranın həm Rusiya, həm də Azərbaycandan təklif aldığını vurğulayıb. 

“Jony istəsə çox böyük perspektivləri var, lakin hələ imtina edir. O, hətta 2-3 dəfə Avroviziyadan da imtina edib. Bu, ona ümumiyyətlə maraqlı deyil. Ona həm Azərbaycandan, həm də Rusiyadan təklif gəlib. İmtina etmək bir yana, onun heç qrafikinə uyğun gəlmirdi”, - deyə Bahh Tee bildirib. 

Sənətçi təkliflərin hansı dövrdə olması barədə açıqlama verməyib. 

Azərbaycandan Coniyə Avroviziya təklifi Azərbaycandan Coniyə Avroviziya təklifi