“AZAL ümumiyyətlə sərnişinlərlə maraqlanmır. Bir yazdı ki, uçuş ləğv olundu. Bununla da işini bitmiş saydı. Başqa demirlər, dönüş biletiniz var, hansı tarixdə uçuş olacaq və sair. Soruşurlar ki, konsulluğa müraciət etmisinizmi? Konsulluq isə yalnız bir mesaj yazır, vəssalam. Hotellər insanları çıxardır. Bəziləri dava ilə hoteldə yer götürüb qalır. Amma bir TV əməkdaşımız var, burada parkda yatır. Başqa ölkələr vətəndaşları üçün təxliyyə reysləri edir. Hamı cibində pulla gəlməyib. Gətirdiyi pul bitib. Başqa şirkət uçuşlar gerçəkləşdirir, pulu olan ora bilet alır. Kimdə də yoxdur, borc axtarır, gözləyir. Demirəm ki, bobaların səsindən dayana bilmirik. Dünən bir az atəş səsi olub, xəbərdarlıq da gəlməyib, stabil həyat davam edir”.

OLAY yazır ki, bu sözləri aktyor Elcan Rəsulov sosial media hesabında paylaşıb. İranın raket hücumlarına görə Dubaydan qayıda bilməyən aktyor AZAL-ın uçuşları ləğv etdiyini, ancaq əlavə heç bir məlumat vermədiyini bildirib.

O, daha sonra instaqram hekayəsində qayıtdığını yazıb:

“Bu təyyarə məni Bakıya gətirir. “FlyDubai”a məxsus reys. 5 saatdan artıq uçuş, özü də yüksək səviyyədə. Dubaydan çıxmaq istəyənlərin son ümid yeri olan təyyarə. Çünki daha çox başqa millətlər tranzit məqsədlə istifadə edirlər. Bakıya düşüb telefonu açan kimi gördüm ki, reklamda bloger qızlar AZAL-ın bahar kampaniyasını reklam edirlər. Yadıma düşdü ki, sabah gedim ləğv olunan biletin pulunu istəyim, alan kimi bahar kampaniyasından “yararlanaq”.