Xalq artisti Aygün Kazımova illər sonra Şakira ilə sabiq milyonçu Telman İsmayılovun məclisindən yayılan görüntülərinə aydınlıq gətirib.

OLAY yazır ki, Pop Diva bu barədə jurnalist Pərviz Hüseynin vloqunda danışıb:

“Telman müəllimin nəvəsinin bir yaşı tamam olurdu. Adı da Telmandır. İndi maşallah böyük oğlan olub. Kannda keçirilirdi bu məclis. Namiq də orada idi (Namiq Qaraçuxurlu – red.). Telman müəllim söylədi ki, elə bir mahnı səslənsin ki, Şakiranın sümüyünə düşsün və Şakira xanım çıxsın oynasın. Telman müəllim dedi ki, bunu əlbəttə ki, Aygün oxuya bilər. Ona görə mən çıxdım, patriotik münasibətimi göstərdim, öncə “Azərbaycanım” mahnısını oxudum, sonra keçdik popuri olaraq “Şəklimi çəkə-çəkə” mahnısına. Orada Əməkdar artist Abbas Bağırov və ansamblı da var idi. Çox gözəl ifa etdilər. Mən oxudum, Şakira oynadı”.