Uzun illərdir rəfiqə olan aparıcılar Afaq Gəncəli və Nərgiz Əliyeva arasında soyuq küləklər əsir.

OLAY yazır ki, tez-tez bir arada görüntülənən, səyahətlərə gedən, sosial şəbəkələrdə fotolar paylaşan iki tanınmış sima dostluq münasibətlərinə fasilə verib. 

Sonuncu dəfə müğənni Sevda Yahyayevanın toyunda iştirak edən Nərgiz və Afaq məclisə ayrı-ayrı gəlib, fərqli masada əyləşiblər.

Onların hansı səbəbdən uzaqlaşması barədə məlumat yoxdur. 

Afaqla Nərgiz arasında nə baş verir?