Olay
Olay

“Mən tamam fərqli yerdəyəm, onlar fərqli yerdə”

“Mən tamam fərqli yerdəyəm, onlar fərqli yerdə”

Tanınmış stilist Anar Ağakişiyev mediaya müraciət edib.

OLAY yazır ki, o, İnstaqramda video paylaşaraq bildirib ki, ona müğənni Günay İbrahimli və aparıcı Zümrüd Bədəlova haqda sual verilməsin:

“Mən heç kimi PR etməyəcəm. Nə o sifariş verən müğənnini, nə də aparıcını reklam edəcəyəm. Çünki mən tamam fərqli yerdəyəm, onlar fərqli yerdə. Sadəcə söhbət açıldı, mən də danışdım. Bunun üçün mənə zəng etməyin. Açıqlama verməyəcəyəm”.

Qeyd edək ki, Anar “Tarixin bir günü” verilişinə qonaq olarkən Z. Bədəlova ilə arasında baş verən anlaşmazlıqdan danışıb. O, deyib ki Zümrüd onu bir neçə il öncə proqramına dəvət edib, Anar xaricdə olmasına baxmayaraq qatılacağını söyləyib. Lakin aparıcı stilistə demədən çəkilişi təxirə salıb. Anar isə bunu Zümrüdə çox yaxın olan bir müğənninin sifariş verdiyini iddia edib. Prodüser Tarix Əliyev (Tolik) isə bildirib ki, Anar müğənni Günay İbrahimlini nəzərdə tutur.