Olay
Olay

Zümrüdə Günay sifariş verib? - Efirdə qalmaqal

Zümrüdə Günay sifariş verib? - Efirdə qalmaqal

Tanınmış stilist Anar Ağakişiyev və aparıcı Zümrüd Bədəlova arasında “Tarixin bir günü” verilişində qalmaqal yaşanıb.

OLAY yazır ki, buna səbəb Anarın bir müddət öncə Zümrüdlə arasında yaşanan anlaşmazlığı gündəmə gətirməsi olub. Anar iddia edib ki, Zümrüd onu illər əvvəl "Şənbə-Bazar" proqramının ilk efirinə çağırıb,  müğənni Sevda Yahyayeva da dəvət olunub, öncədən plan qurulub. 

Lakin Anar Zümrüdə xaricdə olduğunu söyləyib, lakin sırf onun proqramı üçün Azərbaycana gələcəyini deyib.  Daha sonra Sevda Anar xaricdə olduğu üçün verilişə gəlmək istəmədiyini deyib. Stilist Bakıya qayıtsa da, Zümrüd proqramı ona demədən təxirə salıb. Anar isə bunun Zümrüdə yaxın olan məşhurun sifarişiylə edildiyini bildirib.

Tarix Əliyev (Tolik) isə həmin tanınmış şəxsin Günay İbrahimli olduğunu vurğulayıb. 

Proqrama canlı bağlantı ilə qoşulan Zümrüd isə ittihamları qəbul etməyib.  O, şou-biznesdə heç kəslə yaxın olmadığını deyərək sifarişli iş görmədiyini bildirib.