Olay
Olay

Tünzalə evini 70 minə satır

Tünzalə evini 70 minə satır

Beynində şiş aşkarlanan Əməkdar artist Tünzalə Əliyeva müalicəsi üçün evini 70 minə satışa çıxarıb.

Bu barədə sənətçi OLAY-a açıqlamasında bildirib.

T. Əliyeva səhhəti barədə daha dəqiq məlumatı şüa qəbulundan sonra öyrənəcəklərini qeyd edib:

“İdarə edirəm birtəhər. Şüa qəbulum noyabrın 15-dən sonra başlayacaq, inşallah. Ancaq şüanın cavabından sonra bilinəcək əməliyyatın lazım olub, olmadığı. Mən Milli Onkologiya Mərkəzində artıq 5 ildir ki, müalicə alıram, indiyə kimi məndən pul istəməyiblər. Bir neçə nəfər mənə Almaniyadan, Türkiyədən yazdı ki, ağıllı iynələr var. Düzü, mən hələ həkimlə də məsləhətləşməmişəm. Çünki hazırda bayramla əlaqəli iş yoxdur. İş başlayanda həkimimlə də məsləhətləşəcəm, inşallah. Amma özüm maraqlandım, bahalı dərmanlardır. Evimi də artıq satışa çıxarmışam. Gəlib baxıblar, indi gözləyirəm, yəgin ki, bir az yaxşı qiymətə sata biləcəm. Hərə bir qiymət verir, ümumi 60-70 min arasıdır, çox da böyük ev deyil, 2 otaqlıdır. Əsas odur ki, yaxşı olum”.