Müğənni Günay İbrahimli xanım həmkarları barədə müzakirələrə səbəb olacaq açıqlama verib.
OLAY yazır ki, sənətçi “Səhərin Səsi” proqramında qonaq olarkən şou-biznes üzvlərinin geyim tərzlərindən danışıb.
O, Avroviziya- 2016 təmsilçisi Səmra Rəhimlinin zövqünü bəyənmədiyini qeyd edib:
“Səmra Rəhimli ümumiyyətlə paltar geyinmir. Dilarə Kazımova hər yerə qırmızı pamodada gedir. Samirə Əfəndini isə xatırlayanda “Cici qız” obrazı yadıma düşür. Hiss-in isə stili var”.
Günay tərzlərini bəyəndikləri sənətçilərin də adlarını sadalayıb: “Xalq artistləri Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Röya Ayxan, müğənnilər Zamiq Hüseynov, Çingiz Mustafayev gəşəng geyinir”.