Olay
Olay

“Səndən nə mükafat, nə də fəxri ad istədim”

“Səndən nə mükafat, nə də fəxri ad istədim”

Tanınmış aktyor Hikmət Rəhimov Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovun ünvanına ağır ittihamlar səsləndirib.

OLAY yazır ki, o, fesybukda R. Həsənovun fotosunu paylaşaraq sözügedən şəxsin onu “Korkut Ata” Türk Dünyası Film Festivalının mükafatlandırma gecəsinə dəvət etmədiyini qeyd edib.

“Türkiyənin Bursa şəhərindəki festivalda “Həyat deyəsən gözəldir” filminin nümayişi oldu. Filmdə əsas personajlardan birini mən oynamışam. Amma ora mən dəvət olunmadım, oluna bilərdim. Əvəzində ora 2-3 nəfəri çıxmaq şərti ilə kinoya heç bir aidiyyatı olmayan adamları yığıb apardı. Təkrar edirəm 2-3 nəfərdən başqa ordakıların kinoya qətiyyən aidiyyatı yoxdur. “Kruq məsələsi”, bu qədər. İnanın ki, dəvət etsəydilər belə getməyəcəkdim. Sadəcə qanacaqları bu qədərdir. Haqqım çatırdımı orda olmağıma? Bəli, çatırdı”.

H. Rəhimovun iddiasına görə, R. Həsənovla görüşü baş tutub, lakin sözügedən şəxs onun başqa bir layihəsinə laqeyd münasibət göstərib:

“Mən sənə maddi durumum pis olanda ssenarimlə gəldim, dedim ki, qəpik -quruş ver,  bunu çəkim. Yanında elə adamlar görürdüm ki, onlar 8 dəfə ölüb dirilsələr də kinoya heç bir aidiyyatları yoxdur. Səndən nə mükafat, nə də fəxri ad istədim. Amma, sənin gözlərində bir yola verdi və laqeydlik vardı. Bax o gözlərə mən zamanı gələndə yenə baxacam. Bu karmadı, bu kainatdır, bu tanrının ədalətidir”.