Olay
Olay

Çəkiliş meydançasından qovulan türk məşhurlar...

Çəkiliş meydançasından qovulan türk məşhurlar...

Bəzən serial çəkilişləri düşündüyümüz qədər rahat keçmir. Təbii ki, xoşagəlməz hadisələr də baş verə bilir. Budəfəki yazımızda həmin hadisələrdən öz payını alaraq işinə xitam verilən tanınmışları araşdırdıq.

OLAY çəkiliş meydançasından qovulan türk məşhurları təqdim edir:

Caner Kurtaran

“Yaprak dökümü” serialının Şevketi Caner Kurtaran dəfələrlə narkotikə görə saxlanılıb və sonda “çəkiliş saatlarını pozmaq, məsuliyyətsiz, intizamsız davranış” kimi əsaslarla serialdan uzaqlaşdırılıb.

Ceren Hindistan 

“Sakarya-Fırat” serialının baş rol aktrisası Cerenin çəkiliş cədvəlini pozduğu və prodüserlə fikir ayrılığı yaşadığı üçün aktyor heyətindən uzaqlaşdırıldığı bildirilib. Hindistan isə açıqlamasında bu iddianı təkzib edərək, öz istəyi ilə ayrıldığını vurğulayıb.

Su Kutlu

Su Kutlunun “Güzel köylü” serialının çəkilişlərinə görə getdikləri Muğlada bir barda dava etdiyi üçün serialdan qovulduğu iddia edilib. Ekran işinin rejissoru açıqlamasında hadisəni təsdiqləyib və aktrisanın davranışının həm getdiyi məkana, həm də serialın markasına xələl gətirdiyi səbəbilə aktyor heyətindən uzaqlaşdırıldığını açıqlayıb.

Qonca Vüslateri

“Gönül işleri” serialının çəkilişləri zamanı Qoncanın Can Yamanla öpüşərkən tutulduğu və bu səbəbdən işdən çıxarıldığı iddia edilib. Aktrisa isə yayılan xəbərləri təkzib edərək, “Canla aramda elə şey ola bilməz, müqaviləm bitdiyi üçün ayrıldım”, - deyə, bildirib.

Dağhan Külegeç

İddiaya görə, “Kavak yelleri” serialında Dağhan və rejissor Jale İncekol arasında yaşanan mübahisə zamanı aktyor rejissora stul atıb. Nəticədə isə serialdan ayrılıb...

Deniz Çakır

“Eşkiya dünyaya hükümdar olmaz” serialının baş rol aktrisası Deniz Çakır da serialdan qovulub. Layihənin prodüseri Raci Şaşmazın “aktrisanın tez-tez özəl həyatı ilə gündəmə gəlməsi və içki içdiyi görüntülərin mediaya əks olunması”ndan narahat olduğu üçün belə bir qərara gəldiyi bildirilib.

Hande Subaşı

Bir dönəmin məşhur “Elveda Rumeli” serialına Vahide rolu ilə daxil olan Hande Subaşı cəmi bir bölüm rol ala bilib. Anasının Handenin yanından heç ayrılmaması, hətta zaman-zaman səhnələrinə müdaxilə etməsi səbəbindən aktrisa serialdan uzaqlaşdırılıb.

Selen Seyven

“Kocamın ailesi” serialının baş rol aktrisası Selen sosial şəbəkə hesabında bir gözü göyərmiş fotosunu paylaşaraq, “İş etikası belədir. Gözünüz çıxıb, əlinizə düşsə belə səhnələri çəkirsiniz. Səni səndən başqası bu nankor peşə də düşünməz”, - deyə, qeyd edərək şikayətlənib. Və bu şikayətlərin durmadan artması ilə onun aktyor heyətndən uzaqlaşdırıldığı iddia edilib.