Türkiyənin süperstarı Ajda Pekkanın omba sümüyü sınıb.
OLAY yazır ki, bu barədə sənətçinin meneceri Oğuz Arınmış məlumat yayıb. O, ifaçıya məxsus rəsmi instaqram hesabında paylaşım edərək bildirib ki, A. Pekkan evində yıxılıb.
Qeyd edilib ki, dərhal xəstəxanaya yerləşdirilən müğənni əməliyyat olunub.
Onun noyabr üçün planlaşdırılan konsertləri də təxirə salınıb.