Əməkdar artist Firuzə İbadova aparıcıları hədələyib. O, bildirib ki, reytinq üçün efirə dəvət edib, onu tamaşaçıya yanlış təqdim edirlər. Həmçinin, F.İbadova bildirib ki, onun maddi sıxıntıları, efirdə ağlaması aparıcılar tərəfindən aşağılanıb.
Sənətçi aparıcılara səsələnərək “Biraz ağıllı olun”,- deyərək onlara mesaj göndərib.
OLAY yazır ki, prodüser Tarix Əliyev ( Tolik) aparıcısı olduğu “Tarixin bir günü” verilişində Əməkdar artistin açıqlamasına cavab verib. Tolik F. İbadovaya səslənərək bunları söyləyib:
“Sizi çağırıb, burada dağın başına qoydum. Mənim proqramımdan əvvəl bir verilişə çıxdınız, sizi yazıq kimi göstərdilər. Boynunuzu bükdünüz, ağladınız. Heç nə olmadı. Mən sizi çağırdım ki, ürək sözünüzü deyəsiniz. Məndən inciyib gedib, başqa aparıcılara gileylənmək lazım deyil. Siz gəlməsəz də, bu veriliş davam edəcəkdi. Məndən inciməyin, burada hər kəsə hörmət edirəm. Vallah, mənim əvvəlki proqramıma 3 il bəzi Xalq artistləri gəlmədi, çox gözəl davam etdi, camaat da baxırdı”.