Olay
Olay

“Güclü olmasam, 4 illik ailəm dağılardı”

“Güclü olmasam, 4 illik ailəm dağılardı”

“Uşaqlıqla incəsənətə meyilli olmuşam. Atamın isə bundan xoşu gəlmirdi, mənə qadağalar qoyurdu. Uşaq ola-ola toyda oynamağın həsrətini çəkirdim. Çünki atam buna icazə vermirdi. İlk dəfə 16 yaşımda atam qohum toyunda dedi ki, dur, oyna!”

OLAY yazır ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəli “Söz-Baz” proqramında qonaq olarkən deyib.

Sənətçi mühafizəkar bir ailənin övladı olduğunu qeyd edib. O, eyni zamanda həyat yoldaşı Murad İsmayılla aralarında yaranan problemə də toxunub:

“Bəlkə də, bu qədər güclü olmasaydım, ailəm çoxdan dağılmışdı. Bu, evliliyimin ikinci,altıncı ayı ola bilərdi. Dörd illik ailəm dağılmayıbsa, mənim gücüm hesabına olub.  Kənardan baxıb fikir bildirmək çox asandır.  Bəzi şeyləri olduğu kimi qəbul etdim. Çünki belə etmədən yaşamaq olmur.  Kim nə istəyir danışsın, mənim üçün önəmi yoxdur. Qadın son ana qədər çırpınır ki, ailəsi dağılmasın”.