Olay
Olay

Futbolçuyla Mehinin eşqinə “qırmızı kart”!

Futbolçuyla Mehinin eşqinə “qırmızı kart”!

Tanınmış influenser Mehin Oktaylı (@iconmekh) bir neçə həftə öncə “Neftçi” futbol klubunun oyunçusu Rəhman Hacıyevlə sevgi münasibətinə başlamışdı.

OLAY-ın məlumatına görə, eşqlərini sosial mediada elan edən cütlüyün münasibəti uzun çəkməyib.

Onlar qısa müddət öncə ayrılıblar. Yaxın aylarda ailə quracağı bildirilən sevgililərin hansı səbəbdən ayrıldığını bilinməsə də, ötən günlərdə Mehinin video paylaşaraq kişilər haqda bu fikri söyləməsi diqqət çəkib:

“Oğlan olsaydım, heç vaxt qorxaq, zəif kişi olmazdım. Sevdiyim qızın arxasında dayana biləcək gücə sahib olardım. Heç vaxt o qızı incitməzdim. Evdə də, çöldə də dediyim olardı. Təəssüf ki, indi belələri azdır. Əgər həyatınızda elə biri varsa, bərk yapışın”.

Qeyd edək ki, əslən Tovuzdan olan 29 yaşlı Rəhman Hacıyev “Neftçi”də yarımmmüdafiəçi mövqeyindədir. O, 17 nömrə altında çıxış edir.