Müğənni Xatirə İslamın İnstaqramda izləyicisi ilə etdiyi müzakirə marağa səbəb olub.
Belə ki, sənətçi hesabında “Gəlin bir az musiqidən danışaq”,- şərhini yazaraq post paylaşıb.
OLAY yazır ki, sosial şəbəkə istifadəçilərindən biri “İndidən pul yığıram ki, öz toyumda sizi dəvət edim, məclisi idarə edəsiz. 2400 manat yığmışam”, - rəyini yazıb.
X. İslam isə sözügedən rəyə “Can, hələ bir az da yığ” cavabını verib. Onun yarızarafat, yarıciddi şərhi diqqət çəkməyi bacarıb.