Olay
Olay

İTV-də uşaqların siyasi mesajı müzakirə yaratdı

İTV-də uşaqların siyasi mesajı müzakirə yaratdı

Avroviziya qalibi Nigar Camal və keçmiş model Natella Kərimova İctimai Televiziyanı tənqid edib.

OLAY yazır ki, buna kanalın “3D” verilişində Fransa Prezidenti Emmanuel Makrona həsr edilən, uşaq xoru ilə birgə oxunan mahnı səbəb olub.

Uşaqların siyasətə alət edilməsini qınayan Nigar Camal fikirlərini belə ifa edib:

“Bu, nədir? Bu, kimin ağlına gəlib? Bura uşaqları niyə qatmısınız? Bu, primitiv səviyyədə ələ salmaqdır. Bununla biz uşaqlarımızın nifrətlə böyüdüyünü göstəririk. Onların düşmən olduğunu bilməliyik, amma qalan şeylər artıqdır”.

Natella Kərimova bildirib ki, heç nə uşaqları bu aksiyaya cəlb etməyə əsas deyil:

“Bu hansısa kənd klubu səviyyəsində, ən ağıllı stend-ap komediyaçıları səviyyəsində olan bir iş deyil, ancaq heç bir şey uşaqları bura alət etməyə əsas vermir. Sözüm yoxdur, bu, çox çirkindir. İTV səviyyəli bir kanaldan bunu gözləmirdik”.