Olay
Olay

“Space”dən “Xəzər”ə keçdilər

“Space”dən “Xəzər”ə keçdilər

İlkin Həsəni və komandasının yeni kanalı bəlli olub.

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçilər bundan sonra Xəzər TV ilə əməkdaşlıq edəcək.

Önümüzdəki günlərdə yeni serialla tamaşaçı qarşısına çıxmağa hazırlaşan “İlk Media”nın yeni layihələri də “Xəzər”də yayımlanacaq.

Qeyd edək ki, İlkin və komandasının “Bozbash Pictures” və “Buğlama” kimi layihələri uzun illər ATV-də yayımlanıb. Daha sonra “Space” TV-yə keçən komanda istədiyi nəticəni əldə edə bilməyəndən sonra Xəzər TV ilə müqavilə bağlayıb.

Onu da bildirək ki, komandanın üzvləri İlkin Misgərli və Nicat Rəhimov hazırda “Komedixana” layihəsində də yer alır.