Aparıcı İlkin Həsəni və “Buğlama” komandası “Space” TV ilə əməkdaşlığı bitirib.
Bu barədə OLAY-a Həsəninin özü məlumat verib.
O deyib ki, iyulun sonunda sözügedən kanalla müqavilələrinin müddəti bitib və əməkdaşlıqları sona çatıb.
Qeyd edək ki, İlkin və komandasının “Bozbash Pictures”, “Buğlama” kimi layihələri uzun illər ATV-də yayımlanıb. Onların işbirlikləri ötən il bitib.