Pianoçu Türkan Vəzir anasının 46 il öncə Şuşada çəkildiyi sənədli filmdəki kadrların eynisini təkrarlayıb.
OLAY yazır ki, o bu barədə sosial media hesabında paylaşım edib.
“Anamın 46 il öncəki videosunun eynisini çəkmək mənə qismət oldu. Bu anı necə gözlədiyimi bir mən, bir də Allah bilirdi.
Xan qızı bulağı, Şuşa - film əslində 1976-cı ildə çəkilib, lakin “google” və “Youtube”da araşdırdığımda 1973 yazıldığı üçün mən də o tarixi qeyd etmişəm”.