Olay
Olay

“Qız hər şeydən tez küsəndir” – Nigardan Samirəyə

“Qız hər şeydən tez küsəndir” – Nigardan Samirəyə

Avroviziya təmsilçiləri Nigar Camal və Nadir Rüstəmli “Səhər mərkəzi” proqramında qonaq olublar.

OLAY yazır ki, veriliş zamanı onların bir-birinə əvvəlcədən hazırlanmış sualları verilməsi istənilib.

Nigar Camal qabdan çıxan “Samirə Əfəndi, yoxsa mən” sualını Nadirə ünvanlayıb. İfaçı çaşqınlıq içərisində qalaraq kimi seçəcəyini bilməyib:

“İkiniz də birdən. Bu, çətin sual oldu. Dünən Samirə Əfəndinin qonağı idim. Ona görə çətin oldu. Samirəylə bir-birimizə duet təklif etdik. Samirəylə dinamik bir mahnı, Nigar Camalla isə romantik bir musiqi deyərdim”.

Camal isə Nadirə “De, küsən deyiləm. Qalmaqal yaratmayacağam, başqası yarada bilər. Mənim heç nə xətrimə dəyməyəcək. Onlar yaxşı dostdurlar, qız da bir az hər şeydən tez küsəndir. Ona görə məncə, Samirəni seçsin”, - deyə, bildirib.

Qeyd edək ki, müğənnilər arasında qalmaqal Avroviziya seçimləri zamanından başlayıb. N.Camalın Efendinin mahnısını ilk beşlikdə görməməsi Samirənin narazılığına səbəb olmuşdu.