Sentyabrın sonunda koronavirusdan vəfat edən müğənni Səyyad Əlizadənin məzar daşı hazırdır.
OLAY yazır ki, Füzuli rayonunun Babı kəndində torpağa tapşırılan sənətçinin qəbrinin görüntüsü sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, S. Əlizadə sentabrın əvvəlində "COVID-19" diaqnozu ilə Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilmişdi. Komaya düşən ifaçı daha sonra Mərkəzi Gömrük Hospitalına yerləşdirilmiş, orada da dünyasını dəyişmişdi.
Allah rəhmət eləsin!