Ötən gün koronavirusdan vəfat edən müğənni Səyyad Əlizadənin dəfn oluncağı yer müəyyənləşib.
OLAY yazır ki, bu barədə Əməkdar artist Yusif Mustafayev sosial şəbəkədə məlumat verib.
O bildirib ki, mərhum sənətçi bu gün doğulduğu Füzuli rayonunun Babı kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, S.Əlizadə sentyabrın 13-də Zığdakı modul tipli xəstəxanaya yerləşdirilmişdi. O, bir neçə gün əvvəl Mərkəzi Gömrük hospitalına köçürülmüşdü. Vəziyyəti ağır olan müğənninin ciyərinin 80 faizi buzlaşmışdı. Həkimlər onu suni komada saxlayırdı.