Olay
Olay

Münsiflər niyə az dönür?

Münsiflər niyə az dönür?

İctimai TV-də yayımlanan "Səs Azərbaycan" müsabiqəsi gündəmdən düşmür.  OLAY yazır ki, yarışmada parlaq iştirakçıların yer alıb da, münsiflər tərəfindən bəyənilməməsi də müzakirə olunur. 

Sosial şəbəkələrdə istifadəçilər jürilərin fəaliyyətini tənqid edir, onların layiqli səslərə dönmədiklərini iddia edirlər.  Beynəlxalq layihənin münsifi, bəstəkar-müğənni Murad Arif sosial şəbəkədə ittihamlara cavab verib.

Murad bildirib ki, münsiflərə limit qoyulub və hər iştirakçıya dönmə kimi bir şansları yoxdur:

"Yarışma barədə suallarınız bitmir. Niyə filankəsə dönmədiz və s.  Məlumatınız olsun ki, hər münsifə limit qoyulub, 12 iştirakçıdan çoxunu götürə bilmirik. Bu səslər arasında onlar üçün nələr edəcəyimizi düşünüb düyməni basırıq. Bəzən olur ki, səs tam və yetkindir. Anlayırsan ki, ona heç nə verə bilməyəcəksən". 

Qeyd edək ki, yarışmanın münsifləri Xalq artistləri Brilliant Dadaşova, Tünzalə Ağayeva, Murad Arif və Eldar Qasımovdur.