Olay
Olay

Qırmızı xalçanın diqqət çəkənləri... - FOTOLAR

Qırmızı xalçanın diqqət çəkənləri... - FOTOLAR

Hollivudun məşhur simalarını bir araya gətirən İncəsənət və Film Festivalı "LACMA -2021" baş tutub. 

OLAY yazır ki, "Gucci"nin sponsorluğu ilə reallaşan gecə Los-Ancelesdəki "County" İncəsənət Muzeyində baş tutub. 

Tədbirin 10 illiyində Stiven Spilberqə, həmçinin eks- Prezident Barak Obamanın və xanımı Mişel Obamanın portret rəsmləri çəkən Kehaynd Uili və Emi Şerald mükafatlar verilib. 

Moda, film və şou dünyasının bir araya gəldiyi tədbir Leonardo Di Kaprio və LACMA-nın etibarlı nümayəndəsi Eva Kounun həmsədrliyi ilə keçirilib. 

Qala iki eksponatın açılışı ilə üst-üstə düşüb ki, biri “Obamanın portretləri turu”, digəri isə “Qara Amerika portretləri”dir. 

“Obama portretləri”ndə Smitsonian İnstitutunun Milli Portret Qalereyasında daimi olaraq saxlanılan Prezident Obamanın Uili tərəfindən və Mişel Obamanın Şerald tərəfindən çəkilmiş portretləri var.

Həmçinin, gecə rəngarəng anlarla yadda qalıb.  Əksər ulduzlar gecənin havadarının "Gucci" olduğunu düşünərək qalaya sözügedən brendin məhsullarından istifadə edərək qatılıb.