Əməkdar artist Kübra Əliyeva müğənni Rəhim Rəhimlinin ölümü barədə danışıb. 

OLAY yazır ki, o, bununla bağlı “Bizimləsən” proqramında açıqlama verib. 

Aktrisa Rəhimin xəstəliyini anasından gizlətdiyini söyləyib:

“Ondan xəbərsiz dərman içirdi. Nə dərman içirdin? Bəlkə sənə o derman olmaz. Bir-iki nəfərlə məsləhət etmək lazımdır. Kaş deyərdi. Peşəkar həkimlərimiz var, onu evdən götürərdilər müalicə üçün”.