Olay
Olay

10 il sonra seriala çəkildi

10 il sonra seriala çəkildi

Əməkdar artist Suğra Bağırzadə illər sonra seriala çəkilir.

OLAY yazır ki, 75 yaşlı aktrisa Space TV-də yayımlanacaq “Uruset qızı” adlı komediya serialında yer alacaq.

Ustad kino ulduzu sözügedən ekran işində Nərgiz rolunu canlandıracaq. 

Həmin layihədə Xalq artisti Valeh Kərimov, Əməkdar artist Fizuli Hüseynov və başqaları iştirak edir. 

Qeyd edək ki, S. Bağırzadə sonuncu dəfə 2013-cü ildə “Həyat sən nə qəribəsən” serialında rol almışdı.