İncəsənət
İncəsənət

Suğra Bağırzadənin sərgisi olacaq

Suğra Bağırzadənin sərgisi olacaq

Azərbaycan Kinematoqrafçılar İttifaqının, Azərbaycan Rəssamlar İttifaqının, “Ümumdünya Floristlər Şurası”nın üzvü, Əməkdar artist Suğra Bağırzadənin fərdi sərgisi açılacaq.

OLAY yazır ki, Beynəlxalq Muzeylər Günü qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş qeyd edilir. Bu baxımdan da İçərişəhər” Muzey Mərkəzi tərəfindən “Muzeylərin gücü” devizi altında “Şirvanşahlar Sarayı Kompleksi”ndə keçiriləcək “Gülün gücü” adlı fərdi sərgi 18 may Beynəlxalq Muzeylər Günü münasibətilə təşkil olunub.

Xatırladaq ki, Suğra Bağırzadə 2004-cü ildən 27 ölkənin daxil olduğu Ümumdünya Floristlər Şurasının üzvüdür. Həmin şurada o, nəinki Azərbaycanın, həmçinin türkdilli ölkələrin ilk və yeganə təmsilçisidir. 200-dən artıq əsəri var. Şura tərəfindən “Floristika industriyasında yeni professional istiqamət” sertifikatı ilə mükafatlandırılmışdır.

Suğra Bağırzadə bu günə qədər Latviya, Rusiya, Fransa, Malayziya, Yeni Zelandiya, Böyük Britaniya, Xorvatiya, Yaponiya, Çin kimi ölkələrdə Azərbaycanı təmsil etmişdir. Şirvanşahlar dövlətinin əbədiləşdirilməsi məqsədilə inşa olunmuş orta əsr Şərq memarlığının nadir incisi sayılan Şirvanşahlar Sarayı Kompleksi kimi Suğra Bağırzadənin əsərlərində istifadə etdiyi güllər də əbədilik qazanmışdır.

Sərgi 18 may 2022-ci il, saat 17:00-da “Şirvanşahlar Sarayı Kompleksi”ndə açılacaq və 25 maya qədər davam edəcək.