Olay
Olay

Serialımızdakı səhnəni İranda real bildilər

Serialımızdakı səhnəni İranda real bildilər

Xalq artisti Qurban İsmayılovun “Ata ocağı” serialındakı illər öncəki rəqsi yenidən gündəmə gəlib.

OLAY yazır ki, qızının dəfnində rəqs edən Nazim obrazının görüntüləri bu dəfə iranlı Tvitter istifadəçiləri tərəfindən paylaşılıb.

Sosial mediada viral olan videonun yaxın günlərdə İranda çəkildiyi iddia olunub və o şəkildə təqdim edilib:

“Həyatımda gördüyüm ən kədərli səhnə: Ata İran rejiminin məcburi hicaba görə insanların öldürülməsinə qarşı etirazlarda qətl edilən qızına toyunda rəqs edəcəyinə söz verəndən sonra onun məzarı başında rəqs edir”.

Sözügedən video müxtəlif iranlı istifadəçilər tərəfindən paylaşılıb, internetin məhdudlaşdırıldığı ölkədə 60 mindən çox izlənmə sayı yığıb.

Qeyd edək ki, Q.İsmayılov həmin səhnədə rejissor Rüfət Şahbazovun təkidi ilə “Ləzginka” rəqsini öyrənib.