Müğənni Günel Zeynalova İranda baş verən etirazlarla bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi instaqramın “hekayələr” bölməsində bunları qeyd edib:
“Yetər artıq… Günahsız insanları rahat buraxın. Sizin rejiminizin Allah bəlasını verəcək…”.
Xatırladaq ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürülməsindən sonra İranda kütləvi aksiyalar başlayıb. Qadınlar baş örtüklərini yandıraraq etirazlarını bildiriblər.