Olay
Olay

Tiks Samirəyə görə Bakıya gəlir

Tiks Samirəyə görə Bakıya gəlir

“Avroviziya 2021” Norveç təmsilçisi Tiks (Andreas Haukeland) Azərbaycana gəlir.

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçi yaxın günlərdə Bakıda olacaq. Tiksin ölkəmizə gəlmə səbəbi isə müsabiqə zamanı sevgili olduğu iddia edilən Samirə Əfəndidir.

Qeyd edək ki, cütlük müsabiqə dövründə və ondan sonra medianın diqqətində idi. Onlar üçün fan səhifələri açılmış, evlənəcəkləri iddia edilmişdi.