Kral III Çarlzın böyük nəvəsi Şahzadə Corc atası Uilyamdan sonra Britaniya taxt-tacının varisliyində ikincidir.
OLAY yazır ki, məktəbin oyun meydançasındakı dava zamanı Uels şahzadələri Uilyam və Keytin oğlu sinif yoldaşlarından birinə “Atam kral olacaq, ona görə də diqqətli olsanız, yaxşı olar”, - deyə, söyləyib.
“Daily Mirror” davanı Keti Nikolun “Yeni Krallar: Kraliça Elizabetin irsi və tacın gələcəyi” kitabına istinadən yazıb.
“Onlar öz övladlarını, xüsusilə də Şahzadə Corcu elə böyüdürlər ki, o, gələcəkdə kim və hansı mirasın sahibi olacağını dərk edir”, - deyə, kitabda yazılıb.
Həmçinin kitabda yazılıb:
“Corc anlayır ki, bir gün kral olacaq və məktəbdə dostları ilə mübahisə edən zaman “Atam kral olacaq, ona görə də diqqətli olsanız, yaxşı olar” sözləri ilə yaşıdlarından seçilir”.
Qeyd edək ki, hadisə Londonun cənubundakı gənc kral ailəsinin keçmiş məktəbi Tomas Batersidə gerçəkləşib.