Olay
Olay

Elazığda İrem və Selini görmək istəmirlər

Elazığda İrem və Selini görmək istəmirlər

“Övliyalar şəhəri Elazığda İrem Derici və Selin Ciyercini görmək istəmirik”.

OLAY yazır ki, bu sözləri “Vefa” dərnəyinin Elazığ başçısı Zülfü Kartakgül bildirib.

Kartagülün fikrincə, İrem və Selin əxlaqi dəyərlərə uyğun olmayan açıqlamalar və LGBT-yə dəstək paylaşımları edir. Ona görə də onlar bu iki məşhuru Elazığda görmək istəmir.

Həmçinin, müxtəlif dərnək başçıları da eyni düşünür.

Xatırladaq ki, Dericinin yaxın günlərdə konsert üçün Elazığa gedəcəyi planlaşdırılırdı. Selin isə gözəllik mərkəzinin açılışı üçün orada olmalı idi.