Xalq artisti Mənsum İbrahimov İkinci Qarabağ savaşında şəhid olan qardaşı oğlu İsrafil İbrahimovla bağlı paylaşım edib.
OLAY yazır ki, o, instaqramda şəhidin şəklini yerləşdirib.
“İgid şəhidimiz İbrahimov İsrafil Zülfüqar oğlu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qarabağ Azərbaycandır”, - deyə, xanəndə bildirib.
Qeyd edək ki, İ. İbrahimov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, Cəbrayılın, Qubadlının və Laçının azad olunmasına görə medalları ilə təltif olunub.