Olay
Olay

Evlilik təklifi üçün 2 milyon xərclədi

Evlilik təklifi üçün 2 milyon xərclədi

Türk müğənnisi Ebru Gündeşin evliliyi barədə yeni detallar ortaya çıxıb.

OLAY yazır ki, sevgilisi Rassan Xoşnav Ebruya Dubaydakı məşhur bir otelin kral dairəsinin terasında evlilik təklifi edib.

1,8 milyon dollar dəyərində üzük alan Rassanın evlilik təklifinə ümumilikdə 2 milyon dollar ( təxmini 3,4 milyon manat) pul xərclədiyi məlumat olub.

Gündeş italyan pianoçunun melodiyaları müşayiəti ilə təklifə “hə” cavabını verib.