Əməkdar artisti Çingiz Əhmədov aktyor oğlu İbrahim Çingiz barədə danışıb.
OLAY yazır ki, Əhmədov “Nahara az qala” verilişində qonaq olarkən oğlunun aktyor olacağını gözləmədiyini bildirib.
Həmçinin o, İbrahimi mərhum Xalq artisti Fuad Poladova bənzətdiyini də vurğulayıb:
“Oğlum İbrahimin aktyor olacağını gözləmirdim. Amma indi o, aktyor kimi reytinq cədvəlində birincidir. İstedadlı insanları çox sevirəm. İbrahim də istedadlıdır. Onun xəbəri belə olmadan gedib tamaşalarına baxıram. Bir tamaşanı müxtəlif rakurslarda oynamağı bacarır. İbrahim Fuad Poladov kimi bir aktyordur. Onu hər yerə dəvət edirlər. Çox sayda təkliflər alır. Amma o, hər dəvət olunan yerə getmir. Hərdən fikirləşirəm ki, İbrahim getməməklə düz edir. Çünki bu gün efirdə nələrsə danışırsan, onu şişirdib “dağ başına” qoyurlar. Qabaqlar isə belə bir şey yox idi. İndi qarışqanı fil edirlər”.
Qeyd edək ki, İbrahim Səməd Vurğun adına Rus Dram Teatrının aktyorudur. O, ötən il aktrisa Aydan Axundova ilə ailə həyatı qurub. Hazırda cütlük ATV-də yayımlanan “Yuxu kimi” serialında birgə rol alır.