Olay
Olay

“Yuxu kimi” ilə vidalaşdı

“Yuxu kimi” ilə vidalaşdı

Tanınmış aktyor Tural Əhməd ATV kanalında yayımlanan “Yuxu kimi” serialı ilə vidalaşıb.  

OLAY yazır ki, bu barədə Turalın özü məlumat yayıb. Qeyd olunub ki, canlandırdığı Gəray obraz vaxtından əvvəl ekranla vidalaşıb. 

O, ssenariyə uyğun olaraq rolun Rusiyaya göndərilməsindən sonra başa düşüb ki, sözügedən layihədən uzaqlaşdırılır. 

T. Əhməd ekran işindən ayrılma səbəbi barədə açıqlama yayacağını vurğulayıb.

Qeyd edək ki, “Yuxu kimi” serialı 2019-cu ildən ATV-də yayımlanır. Rövşən İsaxın rejissorluq etdiyi ekran işində Aydan Axundzadə, İbrahim Çingizoğlu, Kamran Yunis, İlham Hüseynov, Elxan Yunis kimi populyar simalar rol alır.