Olay
Olay

Anasına atəş açan aktyora hökm oxundu

Anasına atəş açan aktyora hökm oxundu

Anasını öldürən aktyor Rayan Qrantemə hökm oxunub.

OLAY yazır ki, 24 yaşlı sənətçinin ömürlük həbs cəzasına məhkum edildiyi bildirilib.

Qrantem 64 yaşlı anasını öldürmək üçün plan qurub. O, anası pianoda ifa edərkən arxadan atəş açaraq qətlə yetirib. Günahını etiraf edən Rayan bu qətli çoxdan fikirləşdiyini, plan qurduğunu da söyləyib. Hadisə 2020-ci ildə baş verib.

Qeyd edək ki, Rayan “Rivardele”, “The Diary of a Wimpy Kid” kimi layihələrdə yer alıb.

Xatırladaq ki, Rayan anasından əvvəl Kanadanın Baş naziri Castin Trüdonu öldürmək istəyib. Anasını da bu sui-qəsdi görməməsi üçün qətlə yetirib. Lakin o anası öldükdən sonra Trüdonun evinə yox, polisə gedib.