Olay
Olay

Eduard Məmmədova yeni vəzifə verildi

Eduard Məmmədova yeni vəzifə verildi

Tanınmış idmançı Eduard Məmmədova Daxili İşlər Nazirliyində (DİN) yeni vəzifə verilib.

OLAY yazır ki, bununla bağlı o, özü instaqramda məlumat yayıb. Bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Eduard bildirib ki, İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunub:

“Bu etimadı mənə göstərdiklərinə görə Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazova və DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki xanım Zemfira Meftaxetdinovaya öz minnətdarlığımı bildirirəm. Mən polis polkovnik-leytenantı Eduard Məmmədov hər zaman olduğu kimi bundan sonra da millətimə, dövlətimə şərəf və gerçekla xidmət edəcəyəm. Mən fəxr edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət edirəm”.

Qeyd edək kiEduard Cəmiyyətin baş inspektoru idi.