Olay
Olay

Yeni körpəsinə məşuqəsinin adını vermək istəyir

Yeni körpəsinə məşuqəsinin adını vermək istəyir

Dünyaca məşhur Maroon 5 qrupunun solisti Adam Levin hamilə xanımına xəyanət edir və doğulacaq körpəsinə məşuqəsinin adını vermək istəyir.

OLAY yazır ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 

Portala görə, texaslı bloger Samner Strau sosial şəbəkədə onunla təxminən bir il romantik münasibətdə olduğunu açıqlayıb. 

Sözlərini sübut etmək üçün o, yazışmalarının ekran görüntülərini təqdim edib. Mesajların birində Levin üçüncü uşağa onun şərəfinə ad qoymaq istədiyini yazır. 

Qeyd edək ki, Adam “Victoria's Secret” mələyi Behati Prinslu ilə 2014-cü ildə ailə qurub. 2016-cı ildə onların Dasti Rouz adlı qızı, 2018-ci ildə isə Cio Qreys adlı oğlu dünyaya gəlib. Model keçən üçüncü övladına hamilə olduğunu təsdiqləyib.