Dünyaca məşhur model İrina Şeyk uşaq və gənclik dövrünün bir sıra arxiv şəkillərini izləyiciləri ilə bölüşüb.
OLAY yazır ki, Rusiyadan olan supermodelin pərəstişkarları, xüsusən də SSRİ dövründə yaşamış fanatlar interyer, oyuncaqlar və geyimlərə görə nostalji anlar yaşayıb.
Qeyd edək ki, İrina Şeyk (əsl adı - İrina Şeyxlislamova - Red.) 6 yanvar 1986-cı ildə Çelyabinsk vilayətinin Yemanjelinsk şəhərində anadan olub. Atası Valeri Şeyxlislamov şaxtaçı, anası isə musiqi müəllimi olub. Məktəbi bitirdikdən sonra İrina Çelyabinsk İqtisadiyyat Kollecində marketinq təhsili alıb.