Olay
Olay

Xalq artisti də üzr istədi

Xalq artisti də üzr istədi

Xalq artisti Brilliant Dadaşova şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovla bağlı paylaşım edib.

OLAY yazır ki, Dadaşova Səbuhidən “Komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunmasıyla bağlı açıqlamasından sonra təkzib videosu yayılan Sənan haqda instaqramda bu fikirləri qeyd edib:

“Sənan Əhmədov, səndən üzr istəyirəm. Allahdan sənə səbr diləyirəm. Bağışla ki, öz körpə balasını, ciyər parasını zəhərləyib boğan ana ilə bir cəmiyyətdə yaşayırıq. Bağışla ki, 9 yaşlı Nuranəni yandıraraq öldürən, 14 yaşlı Elinanını həyatından bezdirən bəzi insanlarla eyni soyu daşıyırıq. Qorxulu dünyada yaşayırıq. Sən başını uca tut! Göz yaşını gizləmə, heç kəsdən də üzr istəmə”.

Xatırladaq ki, mövzu ilə bağlı daha öncə digər məşhurlar da paylaşım etmişdi.