Olay
Olay

“Bütün səhv məndədir” - Qəzadan danışdı

“Bütün səhv məndədir” - Qəzadan danışdı

Müğənni Hiss qəzaya düşməsi ilə bağlı açıqlama verib.

İfaçı bu barədə OLAY-ın instaqram hesabında paylaşılan xəbərə şərh yazıb. 

“Bütün səhv məndədir. Fikirli olub, kor zonaya düşdüyü üçün sağdakı maşını görməmişəm. Əsas odur, hamı yaxşıdır. Hər kəs ilə də yaxından maraqlanıram. Təşəkkürlər”, - deyə, Hiss qeyd edib.

Xatırladaq ki, sənətçiyə məxsus “Mokko” markalı avtomobili 3 maşınla toqquşub. Hadisə zamanı yaralanan olmayıb. Lakin Hiss və digər sürücülərin avtomobilinə ciddi ziyan dəyib.