Hadise və türk iş adamı Mehmet Dinçerlerin vəkilləri boşanma prosesi üçün bir araya gəlib.
OLAY yazır ki, Mehmet Dinçerler boşanmaq üçün Hadiseyə evlilik təklif edərkən taxdığı 3 milyon lirəlik üzüyü ilə birgə toyda taxılan bütün zinət əşyalarını geri istəyib.
“İkinci sayfa”nın xəbərinə görə, ailə arasında baş tutan tədbirdə Hadiseyə dünyaca məşhur bir brendin 75 min dollarlıq qolbağ, 10 ədəd “Beşi bir yerde” (36 qramlıq qızıl aksessuar – qiyməti 32 min lirədir - red.), brilliant boyunbağı, dəyəri 250 min lirə olan bilərziklər verilib.
Qeyd edək ki, Hadise anlaşaraq boşana bilmədikləri üçün məhkəməyə müraciət etdiyini bildirmişdi. Boşanma ərizəsində Mehmetin onun sənət həyatına qadağalar qoyması, həmçinin, psixoloji təzyiqin olması da yer alıb.