Tanınmış müğənni Nura Suri daha bir açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, o İnstaqramda iki post paylaşaraq ad çəkmədən bir aparıcıya söz atıb. Nura qeyd edib ki, özü olmadığı verilişlərdə adını hallandırmasınlar:
“Bəzi aparıcılar mövzu tapmayanda məni müzakirə etməsinlər. Mən proqramlara getmirəm. Olmadığım yerdə adımı hallandırmayın. Hər zaman həyatımın bir hissəsində idman olub. Səhifəmdə uşaqlıqdan bu günə qədər fotolarım var. Gedin, özünüzə, 10-15 il əvvəlki həyatınıza, şəkillərinizə baxın”.